Müraciət üçün son tarix: 20 may 2023-cü il
Tələblər:
- Ali təhsil (minimum bakalavr dərəcəsi)
- Sosial layihə və proqramlarda peşəkar təcrübə (minimum 3 il)
- İngilis dili biliyi (B1-B2 Intermediate/Upper Intermediate)
- Kompüter proqramları biliyi (MS Office)
- Kreativ və təşəbbüs göstərən, gənclərin inkişafına yönəlmiş yeni layihə və proqram ideyalarını yarada bilən
- Komandada və müstəqil şəkildə işləyə bilən
- Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
- Ünsiyyət və təqdimat bacarıqları
Vəzifə və öhdəliklər:
- Layihə iştirakçıları (abituriyentlər), Layihə məzunları (tələbələr) və Layihə könüllüləri ilə işin təşkili
- Tədbir və təlimlərin təşkili
- Yeni layihə və proqramların yaradılmasında iştirak
- Layihənin seçim prosesinin planlaşdırılması və həyata keçirilməsi
- Hesabatların hazırlanması (Azərbaycan və ingilis dillərində)
- Layihə çərçivəsində digər iş və tapşırıqların yerinə yetirilməsi
Vakansiyaya müraciət:
Göstərilən tələblərə cavab verən namizədlər aşağıdakı sənədləri “Project Coordinator” başlığı ilə (subject) [email protected] elektron ünvanına göndərə bilərlər:
- CV (maksimum 2 səhifə)
- Motivasiya Məktubu (motivasiya məktubunda əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur)
Qeyd:
- Natamam, tələblərə uyğun olmayan və son müraciət tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.
- Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar
Müraciət üçün son tarix: 20 may 2023-cü il