Layihənin 2020-2021 tədris ili üçün Seçim Prosesinə START verildi!

Əziz Gənclər,

Sizi “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin növbəti ilində iştirak etməyə dəvət edirik.
“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan
yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək
və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli
gənclər qazandırmaqdır. Layihəyə seçilmiş gənclər ilboyu qəbul imtahanına hazırlaşaraq əlavə
dərslərdə iştirak edirlər. Həmçinin, gənclərin hərtərəfli inkişafına yönəlmiş müxtəlif tədbirlər və
psixoloq ilə iş təşkil olunur.

Layihənin əhatə etdiyi ərazilər

  • Bakı: Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayonları
  • Regionlar: Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax

Layihədə kim iştirak edə bilər?

Qeyd edilən rayonların orta məktəblərində Azərbaycan
bölməsi üzrə 11-ci sinif şagirdləri Layihənin 2020-2021-ci tədris ilində iştirak edə bilərlər.

Seçim prosesi necə aparılacaq?

Bir neçə mərhələdən ibarət olan seçim prosesində namizədlər
aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəklər: namizədin ümumi intellektual səviyyəsi, təhsil
alma istək və həvəsi, ailənin sosial durumu.
Layihənin seçim prosesinə qoşulmaq üçün onlayn anketi doldurmaq lazımdır.


Anketi Doldurmаğa Başla