“Gələcəyini Qur!” Layihəsinə QEYDİYYAT BAŞLADI (2023-2024-cü tədris ili)

Qeydiyyat üçün son tarix: 5 iyun 2023-cü il

 

“Gələcəyini Qur!” nədir? 

“Gələcəyini Qur!” gənclərin inkişafına yönəlmiş təhsil təqaüdü proqramıdır.

“Gələcəyini Qur!” gənclərə nə verir?

  • bir il ərzində ödənişsiz hazırlıq və sınaq imtahanları
  • inkişafetdirici fəaliyyətlər
  • psixoloji dəstək

 

Layihəyə şagirdlərin seçimi hansı meyarlar üzrə aparılır? 

  • yüksək intellektual potensial
  • inkişaf etmə və təhsil alma həvəsi
  • ailənin sosial durumu (Layihə aztəminatlı ailələrdən olan şagirdlər üçündür)

Seçim prosesində kim iştirak edə bilər? Hazırda Azərbaycan bölməsi üzrə10-cu sinifdə təhsil alan şagirdlər

Layihənin əhatə etdiyi ərazilər:
Bakı: bütün rayonlar (Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Səbail, Xətai, Xəzər, Yasamal)

Regionlar: Salyan, Gəncə, Sabirabad, Kürdəmir, Şirvan, Yevlax, Zaqatala
Abşeron rayonu  

Sumqayıt


VACİB: 
“Gələcəyini Qur!” təhsil təqaüdü proqramıdır.  Proqram çərçivəsində yalnız təhsil xərcləri qarşılanır (nəqliyyat xərcləri qarşılanmır).

 

Qeydiyyat üçün son tarix: 5 iyun 2023-cü il

 

QEYDİYYATDAN KEÇ: https://bit.ly/qeydiyyat2023