“Gələcəyini Qur!” Layihəsində VAKANSİYA
GƏNCLƏRLƏ İŞ ÜZRƏ KOORDİNATOR
Müraciət üçün son tarix: 15 fevral 2021-ci il
Tələblər:
- Ali təhsil (minimum bakalavr dərəcəsi)
- Sosial layihə və proqramlarda təcrübə
- Yüksək səviyyədə ingilis dili biliyi (advanced English /C1, C2)
- Kompüter proqramları biliyi (MS Office)
- Kreativ və təşəbbüs göstərən, gənclərin inkişafına yönəlmiş yeni layihə və proqram ideyalarını yarada bilən
- Komandada və müstəqil şəkildə işləyə bilən
- Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
- Yüksək araşdırma bacarığına malik
- Təqdimat bacarıqları
Vəzifə və öhdəliklər:
- Layihə iştirakçıları (abituriyentlər) və Layihə məzunları (tələbələr) ilə işin təşkili
- Layihə könüllüləri ilə iş
- Tədbir və təlimlərin təşkili
- Hesabatların hazırlanması (Azərbaycan və ingilis dillərində)
- Yeni layihə və proqramların yaradılmasında iştirak
- Layihənin seçim prosesinin təşkilində və həyata keçirilməsində iştirak
- Layihə çərçivəsində digər iş və tapşırıqların yerinə yetirilməsi
Vakansiyaya müraciət:
Göstərilən tələblərə cavab verən namizədlər aşağıdakı sənədləri “Youth Coordinator” başlığı ilə (subject) [email protected] elektron ünvanına göndərə bilərlər:
- CV (maksimum 2 səhifə)
- Motivasiya Məktubu (xahiş edirik ki, məktubda əmək haqqı gözləntinizi qeyd edəsiniz)
Qeyd:
- CV və Motivasiya məktubu ingilis dilində yazılmalıdır.
- Natamam, tələblərə uyğun olmayan və son müraciət tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.
Müraciət üçün son tarix: 15 fevral 2021-ci il