Seçim prosesi

Layihəyə seçim 5 mərhələdən ibarət olan və fevral ayından avqust ayınadək davam edən
prosesdir. Seçim mərhələləri xüsusi təlim keçmiş təcrübəli heyət tərəfindən həyata keçirilir.

İştirakçılar aşağıdakı meyarlar üzrə seçilirlər:

  • Şagirdin ailəsinin sosial durumu;
  • Şagirdin müxtəlif fənlərdən bilik və ümumi intellekt səviyyəsi;
  • Şagirdin təhsil alma istək və həvəsi.

Seçim mərhələləri:

  1. Müraciət edən şagirdlərin ərizə formalarının qiymətləndirilməsi;
  2. Namizədlərin ixtisas fənləri üzrə ümumi bilik səviyyəsinin ölçülməsi üçün sınaq
    imtahanı;
  3. Namizədlərin müsahibə yolu ilə dəyərləndirilməsi;
  4. Bir aylıq sınaq dərsləri və sınaq imtahanı;
  5. Namizədlərin ailələrinə səfər