“Nar” “Gələcəyini Qur!” Layihəsinin Sponsorları sırasına qoşuldu

“Nar” “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin növbəti 2021-2022-ci tədris ilində iştirak edəcək şagirdlərə sponsorluq dəstəyini göstərəcək.

Təhsil və inkişafa yönəlik layihələrə xüsusi diqqət ayıran mobil operator 2021-2022-ci tədris ilində “Gələcəyini Qur!” Layihəsində iştirak edəcək 10 gəncin sponsorluğunu öz üzərinə götürdü. Layihənin həmtəsisçisi və direktoru Bəhruz Hidayətzadə “Nar” ilə əməkdaşlıq haqqında bunları söylədi: “Layihəmiz bu günə qədər 1000-dən çox gəncin və onların ailələrinin həyatına müsbət dəyişiklik gətirdi, ölkəmiz üçün ali təhsilli kadrların yetişdirilməsinə töhfə verdi. “Nar” mobil operatoru da dəstəklədiyi sosial layihələrlə cəmiyyətə müsbət dəyişiklikləri gətirməyi hədəfləyir. Əməkdaşlığımızın üzunmüddətli və ölkəmiz üçün faydalı olacağına əminəm.” 

“Nar” “Gələcəyini Qur!” Layihəsinin növbəti tədris ili üçün keçirilən seçim prosesinə həmçinin rabitə dəstəyini də göstərdi. Pandemiya şəraitində məlumatın ənənəvi şəkildə (məktəblərdə şagirdlərə canlı təqdimatlarda) çatdırılması mümkün olmadığı üçün, alternativ üsullardan istifadə olundu. Layihə haqqında məlumat gənclərə zənglər vasitəsilə çatdırıldı. Zəngləri həyata keçirmək üçün mobil operator Layihəyə nömrələr və zənglər üçün balans təqdim etdi.