İmtahan sual və cavablara necə baxa bilərəm?

Sual kitabçalarına baxmaq üçün Müstəqil Qiymətləndirmə Mərkəzinin veb-saytına daxil olmalıdırlar.

  1. Telefon, planşet, kompüter və ya noutbukunuzdan osim.az saytına daxil olun
  2. “Daxil ol” bölməsinə klikləyin.
  3. Ardınca isə pəncərənin sağ aşağı küncündə yerləşən “Şifrəni unutdum” düyməsini klikləyin. Açılan pəncərədə şagirdin Layihəyə müraciət edərkən qeyd etdiyi əsas telefon nömrəsi qeyd olunmalıdır. Telefon beynəlxalq formatda kod ilə daxil olunmalıdır (məsələn: +994553823731).
  4. Daha sonra “İRƏLİ” düyməsinə basırsınız. Düyməyə basdıqdan sonra, həmin nömrənizə yeni kod göndəriləcək. Yeni kodu “kodu yaz” pəncərəsinə daxil etdikdən sonra “yeni şifrə” və “şifrənin təkrarlanması” pəncərələrinə yeni şifrənizi daxil edin.

Məlumatları daxil etdikdən sonra osim.az saytında heç bir pəncərə açılmazsa və ya ağ ekran görünürsə, digər bir telefon və ya kompüterlə sistemə bir daha daxil olmağa cəhd olunmalı və ya digər internet brauzerindən istifadə olunmaldır.