Layihə iştirakçılarının inkişafına yönəlmiş tədbirlər davam edir

Layihə məzunlarının sosial inteqrasiyası və fərdi inkişafına yönəlmiş tədbirlər ölkədə qüvvədə olan karantin rejimi qaydalarına uyğun olaraq onlayn olaraq davam edir.

Virtual tədbirlər 2021-ci ilin yanvarında başladı və o vaxtdan bəri müntəzəm olaraq keçirilməkdədir. Bu günə qədər layihə dəyərlərinə həsr olunmuş virtual tədbirlərin spikerləri arasında ADA Universitetinin İT və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, müəllif və təlimçi Coşqun Kərimov, təhsil mütəxəssisi və müəllim Qoşqar Məhərrəmov, psixoloq Hüseyn Hüseynov, müəllim və həmçinin Təhsildə İnnovativ Texnologiyalar Mərkəzinin direktoru, “Yeni Fikir” Start-up yarışmasının qurucusu İsa Qasımov, kitablar və oxu ilə bağlı YouTube blogeri, Libraff Kitab Mağazası Zəncirinin PR mütəxəssisi Sərxan Rüstəmov da var idi.

“Gələcəyini qur!” Gənclərə Dəstək Layihəsi Azərbaycan gəncliyinin davamlı inkişafına yönəlib və fəaliyyətini təşkil etdiyi istiqamətlər sırasına universitetə ​​qəbul imtahanına hazırlıq, psixoloji dəstək, sosial inteqrasiya və layihədən məzun olan şəxslərin  inkişafına yönəlmiş tədbirlər daxildir.