Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Xəzər Universitetində tədbir


24 Noyabr 2019-cu il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi cari altıncı ilinin (2019-2020-ci tədris ili) dəyərlərə həsr olunan ilk tədbirini həyata keçirdi.

Xəzər Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı gənclərin qarşısında çıxış edərək mövzuya aid mühüm aspektlərdən danışdı. O, həmçinin, Xəzər Universitetinin qurulmasından və hər insanın Vətəni qarşısında olan məsuliyyətdən söhbət açdı. Universitet haqqında təqdimatı Qəbul şöbəsinin rəhbəri Lamiyə Namazova etmişdir.

Tədbirin digər spikerləri mövzunun müxtəlif aspektlərinə dair gənclərə təqdimatlar verdi. Spikerlərin arasında “EY Azerbaijan” şirkətinin Təmiz Texnologiyalar və Davamlı İnkişaf xidmətinin aparıcı mütəxəssisi Günel Fərəcova, insan resursları üzrə mütəxəssis və “HR Option” şirkətinin təsisçisi Xəqani Səfərov, Avropa Azərbaycan Məktəbinin müəllimi və psixoloq Hüseyn Həsənov və dünyanın üç aparıcı universitetinin məzunu (İngiltərənin Kembric və Oksford və ABŞ-ın Kolumbiya Universitetləri) olan məşhur hüqüqşünas, hazırda ADA Universitetində hüquq və biznes üzrə professor və İnklüziv Təhsil və Bərabər İmkanlar şöbəsinin rəhbəri Elnur Eyvazov da var idi.

2014-cü ildən fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsindən bu günə qədər 700-dən çox gənc məzun olmuşdur. Layihəni uğurla başa vuran məzunlarımız hazırda ölkənin bir sıra universitetlərində təhsillərini davam etdirirlər.