Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

“Şəxsi inkişaf və fərdi səmərəlilik” – “Gələcəyini Qur!” layihəsinin məzunları üçün təlim


1-2 aprel 2017-ci il tarixlərində Park Inn Hotel Baku-da “Gələcəyini Qur!” layihəsinin 20 məzunu üçün “Şəxsi inkişaf və fərdi səmərəlilik” mövzusunda iki günlük təlim keçirildi.

Təlimi beynəlxalq inkişaf, danışıqların aparılması və liderlik bacarıqlarının artırılması, layihələrin idarə edilməsi, mədəniyyətlərarası ünsiyyət, tədris metodikası üzrə yüksək təcrübəli ekspert Şəmsiyyə Mustafayeva apardı.

Təlimin ilk günündə iştirakçılara duyğusal zəka, özünü tanıma və qiymətləndirmə, vaxtın idarəolunması, şəxsi inkişaf üçün istifadə oluna biləcək müxtəlif resurs və üsullar haqqında məlumat verildi.

İkinci gün gənclərə motivasiya, vaxtın idarəolunmasının üsulları, liderlik üçün vacib olan keyfiyyətlər, pozitiv vərdişlər və bu vərdişlərə sahib olmanın yolları haqqında çıxışlar və video çarxlar göstərildi. Təlim iştirakçılarına mövzular üzrə müxtəlif çalışmalar verildi, onlarla interaktiv məşğələlər keçirildi. Təlimdə qonaq qismində “Xərçəngsiz Gələcək” İctimai Birliyinin sədri, həkim Kəmalə Seyidova iştirakçılarla öz şəxsi hekayəsini bölüşdü. Xərçəng xəstəliyi ilə mübarizədə təbii qidalanmanın rolundan danışan qonaq məhsuldar yaşamaq və fəaliyyət göstərmək üçün sağlam bədənin və sağlam ruhun vacibliyini vurğuladı.

Təlimin sonunda iştirakçılar qiymətləndirmə formalarını dolduraraq təlim haqqında fikirləri ilə bölüşdülər.

Təlimdə ümumilikdə “Gələcəyini Qur!” layihəsinin 40 məzununun iştirakı nəzərdə tutulub. Eyni təlim layihənin 20 məzunundan ibarət olan ikinci qrupu ilə 15-16 aprel tarixlərində həyata keçiriləcəkdir. Təlim USAID və Counterpart International təşkilatlarının dəstəyi ilə həyata keçirilir.