Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Region iştirakçıları Qəbələdə


“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 3 noyabr 2019-cu il tarixində layihənin altıncı ilində iştirak edən region gəncləri ilə “Məsuliyyət” mövzusuna həsr olunan ilk tədbirini Qəbələ rayonunda həyata keçirdi.

Tədbirdə Avropa Azərbaycan məktəbinin müəllimi, psixoloq Hüseyn Həsənov və Göyçay İnkişaf Mərkəzi İctimai Birliyinin təlimçisi Coşqun İsmayılovla yanaşı, ötən illərdə layihədən məzun olmuş və hazırda dördüncü kursda təhsil alan gənclər də iştirakçıların qarşısında çıxış etdilər. Azərbaycan Texniki Universitetinin tələbəsi Samir Qulamzadə, Bakı Dövlət Universitetinin tələbəsi Qəsidə Rəsulzadə və ADA Universitetinin tələbəsi Əkbər Mikayılov spiker kimi çıxış etdikləri mövzularda iştirakçılar üçün həm təqdimatlar, həm də interaktiv oyunlar həyata keçirdilər. Gənclər vaxtın idarə olunması, məqsədləri təyin etmə, stressin öhdəsindən gəlmə və digər mövzuları əhatə etmişdilər.

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi iştirakçıların fərdi inkişafını təmin etmək, dünya görüşünü artırmaq və özünü ifadəni təkmilləşdirmək məqsədilə hər ay tədbirlər və psixoloqla görüşlər həyata keçirir. Layihənin cari 6-cı ilində Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax rayonlarında fəaliyyəti BP və tərəfdaşları, həmçinin Veysəloğlu Şirkətlər Qrupu tərəfindən dəstəklənir.