Microsoft Azərbaycanın “Gələcəyini Qur!” Layihəsinin Məzunları üçün Təlimi

15 dekabr 2016-cı il tarixində Microsoft Azərbaycan “Gələcəyini Qur!” Layihəsinin məzunları üçün proqramlaşdırma haqqında təlim həyata keçirdi.

Təlimin aparıcısı Microsoft Azərbaycan şirkətinin nümayəndəsi və Təhsil Proqramları üzrə direktor Emin Axundov iştirakçılara Microsoft şirkətinin sertifikat proqramlarından və onların faydasından danışdı. O, həmçinin beynəlxalq tələbə yarışması olan Microsoft Imagine Cup haqqında da məlumat verdi. Emin Axundov bu qlobal yarışmada Azərbaycandan komandanın əldə etdiyi uğuru ilə də bölüşdü.

Qeyd edək ki, Microsoft World Imagine Cup yarışmasının 2015-ci ildə qalib komandalarından biri “Gələcəyini Qur!” Layihəsinin 26 dekabr 2015-ci il tarixində təşkil etdiyi elm mövzusuna həsr olunmuş tədbirdə qonaq oldu. Gənclər yarışmada yaratdıqları proqram haqqında məlumat verdilər və yarışmada iştirakları haqqında təəssüratları ilə bölüşdülər.