Layihə iştirakçıları Heydər Əliyev Mərkəzində

26 noyabr 2017-ci il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinin Qaradağ rayonundan olan iştirakçıları Heydər Əliyev Mərkəzinə səfər etdilər. Səfərin əsas məqsədi layihə iştirakçılarını Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək idi.

Heydər Əliyev Mərkəzinə səfərin sonunda keçirilən sorğuya əsasən, layihə iştirakçıları məktəb proqramı çərçivəsində öyrəndiklərini əyani şəkildə görmək imkanını əldə etdi, qəbul imtahanına hazırlıq prosesində yaranan gərginliyi aradan qaldırdı və yaddaqalan bir istirahət günü keçirdilər.