Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində tədbir


1 dekabr 2019-cu il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzində layihənin əhatə etdiyi beş regiondan olan gəncləri üçün tədbir həyata keçirdi.

Layihənin əhatə etdiyi Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlax rayonlarından olan iştirakçılarını bir araya gətirən tədbir “Elm, yaradıcılıq və tənqidi düşüncə” mövzusuna həsr olunmuşdu.

Tədbirdə spiker qismində “EY Azerbaijan” şirkətində Dayanıqlı inkişaf və təmiz texnologiyalar üzrə mütəxəssis Günel Fərəcova, “Yeni fikir” startap müsabiqəsinin təsisçisi, dosent İsa Qasımov, təlimçi və təhsil üzrə ekspert Qoşqar Məhərrəmov çıxış etdilər. Tədbirin sonunda iştirakçılarla yaradıcılığa dair interaktiv oyun keçirildi və ən kreativ cavabların müəlliflərinə gənc yazıçı Coşqun Kərimovun “Ubuntu”, “Alamo 13” və “Onqaku” adlı kitabları hədiyyə olundu.

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari 6-cı ilində (2019-2020-ci tədris ili) regionlarda fəaliyyəti BP və tərəfdaşları və “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən dəstəklənir.