Haqqımızda


Layihənin məqsədi
Gələcəyini Qur layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.

Layihənin əhatəsi
Bakı: Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai rayonları
Regionlar: Ağdaş, Kürdəmir, Salyan, Ucar, Yevlax

Hədəf qrup
10-cu sinif şagirdləri

Layihənin əsas fəaliyyət istiqamətləri

Ali Məktəbə intensiv hazırlıq:
Layihəyə seçilmiş şagirdlər ölkənin aparıcı ali təhsil məktəblərinə qəbul olmaları üçün 1 il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini yüksəldəcəklər.

Hərtərəfli inkişaf üçün müxtəlif tədbirlər:
Layihə müddətində şagirdlərin hər tərəfli fərdi inkişafı və karyeralarını planlaşdırmaları üçün müxtəlif təlimlər, ölkəmizin aparıcı universitetlərində seminarlar və təqdimatlar, özəl şirkətlərə və beynəlxalq sərgilərə səfərlər, uğur qazanmış gənc nəslin nümayəndələri ilə görüşlər və bənzər tədbirlər nəzərdə tutulmuşdur.

Psixoloji dəstək
Layihənin iştirakçıları individual və qrup sessiyalarında professional psixoloji dəstək alırlar