Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

“Gender və cəmiyyətdə qadın” təlimi


8 mart 2020-ci il tarixində Beynəlxalq İşçi Qadınlar Günü münasibətilə “Gələcəyini Qur!” layihəsinin təcrübə proqramında iştirak edən bir qrup gəncin təşəbbüsü ilə xanım məzunlarımız üçün interaktiv təlim həyata keçirilmişdir.

İki hissədən ibarət olan təlimdə “Buta Art & Sweets” platformasının və “Social Business Youth Center”in təsisçisi, prezident mükafatçısı, təlimçi və mentor Sara Rəcəbli ilə yanaşı “Bizimlə Ol” layihəsinin rəhbəri, Gənc Avropa Səfiri, təlimçi və mentor Aliyə Elmar da öz biliklərini və təcrübələrini məzunlarımızla bölüşdü. Təlimin sonunda iştirakçılar mövzu ilə əlaqədar fikir mübadiləsi apardılar, mövzunun aktuallığını və öyrəndiklərinin əhəmiyyətini qeyd etdilər.

Təlim barədə videonu bu linkdən izləmək mümkündür.

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi məzunların fərdi inkişafı və dünya görüşünün genişləndirilməsi məqsədi ilə bir sıra tədbirlərin təşkilinə davam edəcək.