“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi Beynəlxalq Təhsil Sərgisində

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi 7-9 oktyabr 2016-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak etdi. 2016-cı il Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin 10-cu yubileyi, layihənin isə sərgidə 3-cü iştirakı idi.

Sərgidə layihə məqsəd və vəzifələrini, əhatə etdiyi rayonları, əsas fəaliyyət istiqamətləri və bu günə qədər əldə olunmuş nəticə və nailiyyətlərini əks etdirən stend ilə təmsil olunmuşdu. Stenddə həmçinin, qəbul imtahanında ən yüksək nəticə göstərən layihə məzunları haqqında məlumat da yerləşdirilmişdi.

Layihənin işçi heyəti, ötən iki ilin məzunları, bu il layihəyə seçilmiş gənclər və çoxsaylı könüllüləri sərginin qonaqlarına “Gələcəyini Qur” haqqında ətraflı məlumat verdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan Beynəlxalq Təhsil sərgisinin təşkilatçısı layihənin sponsoru olan “Caspian Event Organisers” (“CEO”) şirkətidir.