“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi AmCham`ın Noyabr Naharında

Noyabr ayının 23-ü 2016-cı il tarixində, “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin rəhbəri və koordinatoru AmCham tərəfindən hər ay təşkil olunan naharda iştirak etdilər.
Aylıq naharlar AmCham Azərbaycanın bütün üzvlərini bir araya gətirmək, şəbəkələşmə, xəbərlərin paylaşılması və yeni tərəfdaşlıqların qurulması məqsədi ilə təşkil olunur. Layihənin koordinatoru, Turan Cəfərova, tədbirdə layihə haqqında təqdimat etdi və nahar iştirakçılarına layihənin məqsədləri, hədəfləri və keçən iki il ərzində həyata keçirdiyi fəaliyyətlər, nəticələr və qazanılan uğurlar, həmçinin layihənin gələcək planları haqqında məlumat verdi.
Layihənin təqdimatı “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin əsas sponsorlarından biri olan Iteca Caspian şirkəti adından keçirilmişdir və göstərdikləri mühüm dəstək üçün Iteca Caspian şirkətinə təşəkkür edilmişdir.