Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

İkinci ilin nailiyyətləri və gələcək planlara aid yekun tədbiri


12 Noyabr 2016-cı il tarixində Baku Fairmont Otelində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin 2015-2016-cı tədris ilini əhatə edən layihənin ikinci ilinin yekunlarına həsr edilmiş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru Turan Cəfərova layihə haqqında gələn qonaqlara ümumi məlumat verərək, “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin ölkəmizdə təhsilin inkişafına yönəlmiş islahatlar fonunda korporativ sosial məsuliyyət siyasəti çərçivəsində iş sektorunun dəstəyi ilə həyata keçirilən sosial layihə olduğunu vurğuladı. Daha sonra çıxış edən layihənin rəhbəri Bəhruz Hidayətzadə qonaqlara layihə haqqında, layihənin həyata keçirdiyi tədbirlər, qazandığı uğurlar və gələcək planları barədə daha ətraflı məlumat verdi və layihənin həyata keçirilməsinə vermiş olduqları böyük dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təşəkkür etdi. Öz növbəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Tofiq Əhmədov da çıxışlar edərək layihənin gördüyü işləri yüksək qiymətləndirdilər, layihənin Azərbaycan gəncliyi üçün əhəmiyyətini və korporativ sektordan gələn bu kimi təşəbbüsləri dəstəklədiklərini qeyd etdilər.

“Gələcəyini Qur: ikinci ilin nailiyyətləri və gələcək planlar” yekun tədbiri

Həmçinin layihənin ərsəyə gəlməsində və davamlılığında əvəzsiz rolu olan layihənin sponsor və tərəfdaşlarına təşəkkür edildi. Layihənin sponsorları olan şirkətlərin nümayəndələri, İteca Caspian şirkətinin Direktor müavini Xəyyam Məmmədov, Caspian Event Organisers şirkətinin Biznesin inkişafı üzrə Meneceri Elmira Ağayeva, EY şirkətinin Vergi və Hüquq məsələləri üzrə partnyoru Arzu Hacıyeva və Kainat Tədris Mərkəzinin Direktoru İlqar Ağakişiyev çıxış edərək layihə haqqında təəssüratlarını bölüşdülər və bu cür layihəyə verdikləri dəstəkdən məmnunluqlarını bildirərək başqa şirkət və qurumları da layihəyə dəstək olmağa çağırdılar. Bundan əlavə layihənin tərəfdaşları olaraq layihəyə dəstək olan qurumların nümayəndələri, ADA Universitetinin İT və Mühəndislik Fakültəsinin Dekan Müavini Fuad Hacıyev, Yüksək Texnologiyalar Parkının Araşdırma və inkişaf, Startaplara dəstək şöbəsinin rəhbəri Ülvi Aslanov və Azərbaycan Universiteti İnformasiya və Kommunikasiya Texnologiyaları Dekanı Asif Paşayev çıxış edərək layihənin tərəfdaşı olaraq göstərdikləri dəstəyi bundan sonra da davam edəcəklərini bildirdilər və bu cür layihəni həyata keçirdiklərinə görə layihə rəhbərliyinə təşəkkür etdilər.

Layihəyə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və həmçinin, layihənin sponsor və tərəfdaşları olan şirkət və qurumlara layihə rəhbərliyi tərəfindən təşəkkür edilərək, bu təşəkkürün kiçik bir təcəssümü olaraq xatirə plaketləri hədiyyə edildi.

Daha sonra layihənin ikinci ilinin iştirakçılarına söz verildi və onlar da öz növbəsində layihənin onların həyatında səbəb olduğu böyük dəyişikliklər, qazandırdığı müsbət keyfiyyətlərdən bəhs etdilər. Layihəni uğurla bitirərək ən yüksək bal toplamış iştirakçılar xüsusi olaraq vurğulandı və bu uğurlarına görə medallarla təltif edildilər. Ən yüksək bal toplamış layihə iştirakçılarına medalları layihənin tədbirlərində çıxışçı olaraq iştirak etmiş Azərbaycanın görkəmli yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev təqdim etdi və layihə haqqında dəyərli fikirlərini bölüşərək təhsilə dəstək verən bu cür layihənin ölkə üçün nə qədər önəmli olduğunu vurğuladı, layihəni uğurla bitirən gəncləri təbrik etdi, onlara gələcək həyatda yeni nailiyyətlər arzuladı.

Bundan əlavə layihəyə qəbul olarkən topladıqları balla layihəni bitirib universitetə qəbul olduqları bal arasında ən böyük fərq olan, ən çox proqress göstərən iştirakçılar da xüsusi vurğulanaraq bu uğurlarına görə medalla təltif edildilər. İştirakçıların medallarını layihənin tədbirlərində çıxış etmiş daha bir spiker, Azərbaycanın tanınmış radio aparıcısı DJ Fateh təqdim edərək iştirakçıları qazandıqları uğur münasibətilə təbrik etdi və o da öz növbəsində layihə haqqında təəssüratlarını bölüşdü və öz həyatından, təcrübələrindən misallar gətirərək layihənin önəmini və gənclər üçün əvəzsiz bir şans olduğunu vurğuladı.

Sonda tədbirdə iştirak edən bütün qonaqlara təşəkkür edildi və xatirə şəkilləri çəkildi.

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi artıq üçüncü ildir fəaliyyətinə davam edir və layihə aztəminatlı ailələrdən yüksək potensiallı gənclərin həyatda uğur qazanmasını dəstəkləmək məqsədini daşıyır. 2014-cü ildən həyata keçirilən layihə Bakının dörd (Binəqədi, Suraxanı, Xətai və Qaradağ) və Salyan rayonlarını əhatə edir. Bu günə qədər 150 gənc layihənin xidmətlərindən yararlanmışdır.[:]