Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin seçim prosesinin 4-cü və 5-ci mərhələləri başa çatır.


17 İyul 2016-cı il tarixində “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin üçüncü ilinə seçim prosesinin dördüncü mərhələsi olan bir aylıq dərslər başa çatdı. Dördüncü mərhələyə keçməyə haqq qazanmış Binəqədi, Suraxanı, Xətai və Qaradağ rayonu, həmçinin Salyan rayonundan olan 250-dən çox iştirakçı seçdikləri ixtisas qrupuna uyğun olaraq 2 fəndən bir ay ərzində dərslərdə iştirak etdilər. 17 İyul tarixində yekunlaşan dərslərdən sonra isə namizədlər 24 İyul 2016-cı il tarixində bir ay ərzində keçirilən proqrama uyğun olaraq imtahan verdilər.

Keçirilən dərslərdən əlavə bir aylıq müddətin namizədlər üçün unudulmaz anlar olması, həmçinin onların şəxsi inkişafına töhfə vermək və əylənərək öyrənmələrinə şərait yaratmaq məqsədilə müxtəlif görüşlər keçirildi, əyləncəli-intellektual oyunlar təşkil olundu. Seçim prosesində iştirak edən 10-cu sinif şagirdlərinin gələcəkdə qarşılaşacaqları peşə seçimi prosesində və hədəflərini daha doğru və dəqiq müəyyənləşdirmələrində onlara yardımçı olmaq məqsədilə Azərbaycan Universitetinin müəllimləri ilə görüş təşkil olundu və universitetin layihəsi olan “Peşəni Doğru Seç” layihəsi çərçivəsində universitetin psixoloqu Tünzalə Verdiyeva tərəfindən hazırlanmış psixoloji testlər keçirildi. Testlər nəticəsində namizədlərin bacarıq və istəklərinə əsasən onlar üçün ən doğru ola biləcək peşə sahələri müəyyənləşdirildi.

Bundan əlavə seçim prosesində iştirak edən namizədlər üçün 25 İyul 2016-cı il tarixində Bakı Ali Neft Məktəbinə səfər keçirildi. İştirakçılar universitetlə tanış oldular. Daha sonra çıxış edən GR8 proqramının həmtəsisçisi, “KVAN” kitabının müəllifi, təlimçi Coşqun Kərimov iştirakçılarla öz maraqlı həyat təcrübələrini bölüşdü, həyatda uğur qazanmaq, öz yolunu tapmaq, daxili motivasiyalarını alovlandırmaq istəyən iştirakçılara öz məsləhətlərini verdi və onların suallarını cavablandırdı. Daha sonra çıxış edən Xəzər Universitetinin beynəlxalq əlaqələr şöbəsinin direktoru direktoru Turan Cəfərova və Ernst&Young şirkətindən Könül Məlikova iştirakçılara çıxış edərək həyatda məqsədlərin qoyulması, doğru məqsədlərin seçilməsi və bu məqsədlərə çatmaq üçün atılacaq addımlar barədə təlim keçdilər.

Bir aylıq dərslər müddətində həmçinin iştirakçıların əylənərək öyrənmələrinə nail olmaq üçün “Xəmsə” Milli İntellektual Oyunu keçirildi. Sonda 25 İyul tarixində Bakı Ali Neft Məktəbində keçirilən görüşdə seçilən komandalarla final oyunu keçirildi və qaliblərə diplom və hədiyyələr təqdim olundu.

Qeyd edək ki, seçim prosesinin dördüncü mərhələsi olan bir aylıq dərslərlə paralel həmin müddətdə sonuncu mərhələ olan namizədlərin ailələrinə səfərlər də baş tutdu. Sonuncu mərhələ olan ailələrə səfərlər də artıq yekunlaşmaq üzrədir. Sonda hər iki mərhələnin də nəticələrinə əsasən həm namizədlərin bir aylıq dərsdə göstərdikləri performans, aktivlik və həvəsləri, ay sonunda verdikləri imtahanın nəticəsi və namizədin ailəsinin sosial durumu da nəzərə alınaraq layihəyə seçilən iştirakçılar müəyyən olunacaqdır.