Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin 2-ci ilinin nəticələri məlum oldu


Layihənin iştirakçısı olan 80 gənc TQDK qəbul imtahanlarından uğurla keçərək ali məktəblərə qəbul oldular.

Layihə universitetə qəbul olmaq istəyən, amma bunu həyata keçirməkdə çətinliklərlə üzləşən gənclərin məqsədlərinə nail olmaqda dəstək oldu. 1 il ərzində gənclərin qəbul imtahanına hazırlıqlarına və gənclərdə özünə inam, məsuliyyət, dünya görüşü, kreativlik kimi dəyər və keyfiyyətlərin formalaşdırılması üçün təbdirlər, görüşlər və ciddi iş aparıldı. Bu müddət ərzində ADA Universiteti, Yarat İncəsənət Mərkəzi, Azərbaycan Universiteti, Qafqaz Universiteti kimi müxtəlif məkanlarda təşkil olunan görüşlərə Azərbaycanın tanınmış simaları və həyatda uğur qazanmış gənc nəslin nümayəndələri iştirak etdi..

Qəbul imtahanlarında layihə iştirakçılarının 56% – i 450-dən (43% – i isə 500-dən) yuxarı bal toplamaqla, əksəriyyəti məhz istədikləri ixtisasları və universitetləri qazanmağa müvəffəq oldular. Gənclərin 30% – i müəllimlik, 22% – i mühəndislik, 25% – i isə idarə etmə və iqtisadi elmlər ixtisaslarını, digərləri müxtəlif ixtisaslarını seçmişlər.

Layihə iştirakçılarının 80% – i topladıqları bal nəticəsində 57 nəfər dövlət sifarişi və 7 nəfər ödənişsiz qaydada təhsil alacaqlar.

Layihə iştirakçılarının 66%-ni qızlar təşkil etmişdir. Layihənin ən yüksək nəticəsini layihəyə Salyandan qatılan Gülnur Əbülhəsənəova əldə etmişdir. O, 666 bal toplayaraq, Azərbaycan Dillər Universiteti ingilis dili müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Layihənin ikincisi 656 bal toplayaraq Qafqaz Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə qəbul olan Bakı şəhəri Suraxanı rayonunun sakini Ötər Mahmudov olmuşdur. 3-cü ən yüksək balı isə Qəmərxanım Zülfiqarova toplayaraq, 650 balla Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olmuşdur.

Layihənin bütün nəticələri ilə bu linkdən tanış olmaq mümkündür. (“Geleceyini Qur” Layihəsinin Universitetə Qəbul Nəticələri)

Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi, İTECA Caspian, EY, Kainat TM, Caspian Event Organisers şirkətlərinin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Layihənin tərəfdaşları ADA Universiteti, Azərbaycan Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı Legacy CSR Consulting and Management şirkətidir.

Şəkili böyütmək üçün üzərinə klik edin.

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin 2-ci ilinin nəticələri məlum oldu