Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Gələcəyin mühəndisləri üçün seminar


9 mart 2020-ci il tarixində “Gələcəyini Qur!” Layihəsinin ofisində “3D modelləmə nəyə görə lazımdır?” adlı seminar baş tutmuşdur.

“VE Group” şirkətinin layihə qiymətləndirmə mütəxəssisi Məhəmməd Ağakişiyev tərəfindən keçirilmiş seminar iştirakçılara 3D modelləmənin üstünlükləri və öyrənmə üsulları haqqında məlumatı interaktiv şəkildə təqdim etmişdir. Seminarda müxtəlif mühəndislik ixtisaslarında təhsil alan layihə məzunları ilə yanaşı, 3D modelləmə ilə maraqlanan digər ixtisas nümayəndələri də iştirak etmişdi. Seminarın sonunda təlimçi şəxsi təcrübələrini bölüşdü və iştirakçıların suallarını cavablandırdı.

Seminar barədə videonu izləmək üçün bu linkə keçid edə bilərsiniz.

Layihə məzunlarının fərdi inkişafı və dünya görüşünün genişləndirilməsi məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi davam edəcək.