“Exxon Mobil”in Layihə İştirakçıları üçün Hədiyyəsi

Exxon Mobil şirkəti “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin iştirakçıları üçün kitablar hədiyyə etdi. Kitablar “Məktəbli Lüğəti” adlanır və orta məktəbdə keçirilən fizika, kimya, biologiya, tarix, coğrafiya, riyaziyyat və ədəbiyyat fənlərini əhatə edir. Həmçinin, kitablar özündə lüğətdə əks olunmuş mövzular haqqında əlavə məlumatlar verən CD disklər də ehtiva edir.

Sözügedən kitablar iştirakçılara layihənin dəyərlərindən biri olan “Elm” mövzusuna həsr olunmuş, 17 Dekabr 2016 tarixində Xəzər Universitetində keçirilən tədbir zamanı təqdim olunmuşdur. Kitabların bağışlanılmasında xüsusi iştirakına və təşkilinə görə, ExxonMobil Azərbaycan şirkətinin HR Meneceri, Aygün xanım Tanrıverdiyevaya xüsusi təşəkkür edirik.

ExxonMobil, dünyanın aparıcı neft və neft-kimya şirkəti olaraq, Azərbaycanda fəaliyyət göstərdiyi 1995-ci ildən aktiv şəkildə təhsil sahəsində dəstək göstərir.

Bu kimi təşəbbüslərin layihədə iştirak edən gənclərin yüksək motivasiya və tədris prosesində böyük dəstək olması ilə yanaşı, korporativ sektorda fəaliyyət göstərən digər müəssisələr üçün də nümunəvi bir davranış olduğuna təşkilati heyət olaraq inanırıq.