Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

Bakı Ali Neft Məktəbində “Məsuliyyət” mövzusunda tədbir


2017-ci il yanvarın 29-da “Gələcəyini Qur!” layihəsi Bakı Ali Neft Məktəbində “Məsuliyyət” mövzusuna həsr olunmuş növbəti tədbirini keçirdi.

Layihənin koordinatoru Turan Cəfərova tədbiri açaraq gündəliyi nəzərdən keçirdi və layihə iştirakçılarını qonaq spikerlər və planlaşdırılmış digər fəaliyyətlər haqqında məlumatlandırdı. Layihənin könüllüsü Rauf Cahangirov təhlükəsizlik tədbirləri haqqında qısa təlimat verdi.

İlk spiker BP şirkətinin xarici əlaqələr idarəsinin rəhbəri Rəşad Bayramov idi. Biznes təlimçisi olan Rəşad Bayramov məsuliyyətin 3 səviyyəsi haqqında danışdı. O bildirdi ki, şəxsi məsuliyyətdən əlavə, biz yaxınlarımız, cəmiyyət, ölkə və bütövlükdə dünya qarşısında məsuliyyət daşıyırıq.

Təlimçi və iki kitabın (“Kvan” və “Ubuntu”) müəllifi olan Coşqun Kərimov peşə seçərkən və işdən irəli gələn vəzifələri yerinə yetirərkən məsuliyyətli olmaq haqqında təqdimat elədi. O, insanın öz potensialını istifadə etməsi və sevdiyi işi görməsinin vacibliyini vurğuladı.

Çay fasiləsindən sonra sosial işçi və “Uğur” Akademiyasının həmtəsisçisi Cavid Şahmalıyev universitetə qəbul imtahanına hazırlaşarkən dərslərdə məsuliyyətli olmaq haqqında danışdı. O, xüsusilə sosial media və digər diqqəti yayındıran vasitələrin istifadəsini vurğuladı və vaxtı səmərəli istifadə etməklə bağlı öz tövsiyələrini verdi.

EY şirkətinin Təmiz texnologiyalar və davamlı inkişaf xidmətləri departamentinin əməkdaşı Günel Fərəcova “Nə üçün ətraf mühitə qarşı hər birimiz məsuliyyətli olmalıyıq?” adlı təqdimatında insan fəaliyyətinin ekologiyaya mənfi təsiri və ətraf mühitin mühafizəsi ilə bağlı məlumat verdi. O, layihə iştirakçıları ilə hər gün kiçik addımlar ataraq ətraf mühitə qarşı daha qayğıkeş olmaqla bağlı praktiki tövsiyələrini bölüşdü.

ADA Universitetinin mühazirəçisi və Fərqlilik və İnkluziv Təhsil Ofisinin direktoru Elnur Eyvazov layihə iştirakçıları ilə öz şəxsi hekayəsini paylaşdı. Görmə problemi olmasına baxmayaraq, o, dünyanın Oksford, Kembric və Kolumbiya kimi top universitetlərindən məzun olub. O, layihə iştirakçılarını öz potensiallarına inanmağa, çox çalışmağa və öz xəyallarının arxasınca getməyə həvəsləndirdi.

“Gələcəyini Qur!” layihəsinin rəhbəri Bəhruz Hidayətzadə korporativ sosial məsuliyyətlə bağlı gənclərə qısa təqdimat verdi. O, yaşından və imkanlarından asılı olmayaraq, hər bir fərdin şəxsi məsuliyyətinin vacibliyini bir daha vurğuladı.

Tədbir Bakı Ali Neft Məktəbində turla başa çatdı.