Sharing is caring

Lorem ipsum, dolor sit amet consectetur adipisicing elit. Minus eligendi quidem quam. Voluptatum possimus suscipit, eligendi sunt obcaecati in velit. Voluptates quae, ullam autem accusantium cupiditate dolorum dolores recusandae commodi.

Donate Close

ADA Universitetində Tədbir


2017-ci il fevralın 21-də “Gələcəyini Qur!” layihəsi dəyərlərə həsr olunmuş növbəti tədbirini keçirdi.

Layihənin koordinatoru Turan Cəfərova tədbiri giriş sözləri ilə açdı. ADA Universitetinin SƏTƏM meneceri Natella Əlimuradova təhlükəsizlik haqqında qısa sessiya keçirdi. Tələbə Qəbulu Şöbəsinin əməkdaşı Aytəkin Hüseynova isə ADA Universiteti, təklif olunan ixtisaslar, keçid balları, ADA Universitetində tələbə həyatı və digər mövzular haqqında məlumat verdi.

GR8 şirkətinin həmtəsisçisi, biznes üzrə təlimçi və bu yaxınlarda nəşr olunmuş “Ubuntu” kitabının müəllifi Coşqun Kərimov iştirakçılara həyatın müxtəlif aspektlərində empatiya və sevginin rolundan danışdı. O, hamıya qarşı diqqətli və qayğıkeş olmağı təlqin edən qədim Afrika konsepsiyası olan Ubuntu haqqında məlumat verdi. Coşqun Kərimov layihə iştirakçıları ilə bir neçə interaktiv oyunlar da keçirdi.

ADA Universitetinin Fərqlilik və İnkluziv Təhsil Ofisinin mütəxəssisi Gültəkin Salamova əlilliyi olan şəxlər və cəmiyyətin onlara qarşı münasibəti haqqında təqdimat keçirdi. O bildirdi ki, hər hansı fiziki və digər məhdudiyyətləri olmasına baxmayaraq, hər bir fərdə dəyər vermək vacibdir. O, gənclər ilə yaxşı təhsil almaq və karyera qurmaq üçün qarşısına qoyduğu məqsədlərə çatmaqda hər gün hansı çətinliklərin öhdəsindən gəlməli olduğu haqqında öz həyat hekayəsini bölüşdü.

Yaponiyada təhsil almış və uzun müddət orada yaşamış ADA Universitetində Beynəlxalq Əlaqələr Ofisinin direktoru Rəhman Şahhüseynli vətənpərvərlik haqqında qısa çıxış elədi.

Hazırda Yunus Emre İnstitutunun təqaüdü ilə Bakıda olan İstanbul Marmara Universitetinin mühazirəçisi Mehdi Gəncəli isə vətənə sevgi və bizim ona qarşı olan məsuliyyətimizdən danışdı.

Spikerlərin çıxışlarından sonra iştirakçılar tədbir zamanı öyrəndikləri haqqında öz fikirlərini bölüşdülər

Tədbirin sonunda ADA Universitetinin əməkdaşı Əsli Məmmədova iştirakçılar üçün universitetin turunu keçirdi.